manera.az
manera.az

Şəki Teatrında “Dar ağacı” tamaşasına ictimai baxış olub

📅 06.07.2025 19:42

Şəki Teatrında “Dar ağacı” tamaşasına ictimai baxış olub
“Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Mədəniyyət Nazirliyinin yubileyə dair Tədbirlər planına əsasən, Şəki Dövlət Dram Teatrında Xalq şairinin “Dar ağacı” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.

MANERA.AZ xəbər verir ki, Bəxtiyar Vahabzadənin tarixi dramı Azərbaycan xalqının Ərəb xilafətinə və yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsindən bəhs edir.

Tamaşaya teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu rəssam və geyim üzrə rəssam Nicat Məmmədovdur. Musiqi tərtibatı mərhum bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı Fərqanə Salamovaya məxsusdur.

Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşid Mirizadə, Lalə Məmməd, Gülxar İmamhüseynova, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Azad Məmmədov, Arzuman Abdullayev və Cavidan Eminov çıxış ediblər.

İctimai baxışdan əvvəl qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən və kitablarından ibarət sərgi ilə də tanış olublar.






Baxış sayı - 329 | Yüklənmə tarixi: 06.07.2025 19:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031