manera.az
manera.az

“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib - Foto

📅 01.08.2025 15:26

“Ulduz” jurnalının iyul-avqust sayı  dərc edilib - Foto
“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib

Manera.az xəbər verir ki, “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır.

“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir.

“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.

“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.

“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir.

“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.

“Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.

Məhəmməd,
Manera.az


Baxış sayı - 225 | Yüklənmə tarixi: 01.08.2025 15:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031