manera.az
manera.az

Şəhidin anasına məktubları - Tofiq Nurəli

📅 04.07.2025 21:01

Şəhidin anasına məktubları - Tofiq Nurəli
ŞӘHİDİN ANASINA MӘKTUBLARI

– 1 –

Mәni bağışla ki, gәlә bilmirәm,
Mәn ki unutmadım heç bir kimsәni...
...Mәnim dә qәlbimdә çalınır o toy,
Mәn dә eşidirәm o toy sәsini...
Mәni bağışla ki, bağışla, ana,
Sonsuza çatdırdım gecәlәrini...
Burda dostlarım var, onlar neynәsin –
Yoxdur ki anası neçәlәrinin...
Burda ki, hamısı tay-tuşlarımdır,
Hәrәnin qәlbindә sonsuz bir ocaq...
...Ölmә, әziz anam, mehriban anam..,
Sәn ölsәn onları kim ağlayacaq?..

– 2 –

Mәn gәlә bilmәrәm sonsuz döyüşdәn,
Ağardı çoxunun saçı, bilirәm...
Murazın qәlbindә qoyduğum qızı
Mәn indi özümә bacı bilirәm...
Mәn gәlә bilmәrәm, bitmәyib döyüş..,
Dostlar yaralanır, şәhid düşürlәr..,
Hәr zaman dua et.., qәrib dualar
Tofiq Nurәlinin 70 yaşı 155
Elә bil bizimlә bir döyüşürlәr...
...Daha nә deyim ki, bir toy axşamı
O qız arzulasa, onunla görüş...
...Mәnim әziz anam, mehriban anam,
Mәn gәlә bilmәrәm – bitmәyib döyüş...

– 3 –

Biz üzü payıza, payıza getdik..,
Durnalar gedirdi gecә boyunca...
Vәtәnә söykәyib mәn kürәyimi
O qәrib sәslәrә baxdım doyunca...
Baxdım, әziz anam, baxdım vә baxdım..,
Dostlar döyüşürdü dörd tәrәfimdә...
Gördüm ki, gәlirsәn әlindә xәlәt..,
Gәlmirsәn – uçursan bәy tәrifimdә...
Bundan o yanası yadımda deyil..,
Vaxt yoxdur bu qәdәr duram-dayanam...
Sәndәn ki әzizi yoxdur mәnimçün –
Sәnә qurban olsun anam, ayy anam!..
...Gecәlәr ulduzam, gündüzlәr günәş –
Mәn varam hәr yanda, eyy әziz anam...
Başını dik saxla, qürurlu saxla,
Mәn indi Vәtәnәm – Azәrbaycanam!

Tofiq Nurəli


Baxış sayı - 288 | Yüklənmə tarixi: 04.07.2025 21:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031