manera.az
manera.az

“Şah Qacar” nümayiş olunub MANERA.AZ

📅 18.01.2016 14:15

“Şah Qacar”  nümayiş olunub MANERA.AZ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında Xalq Artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətin hazırladığı iki hissəli səhnə əsərinin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada Xalq artistləri Fuad Poladov, Laləzar Mustafayeva, Əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov və başqaları iştirak edib.

Qeyd edək ki, gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı diqqəti daha çox bacarıqlı sərkərdə və dövlət başçısı kimi cəlb edir. O həm də taleyin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran şəxsiyyət kimi təsvir olunur.


Baxış sayı - 1 672 | Yüklənmə tarixi: 18.01.2016 14:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031