manera.az
manera.az

Xalq artistinə Heydər Əliyev Mükafatı verildi - Sərəncam

📅 07.05.2025 20:08

Xalq artistinə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.

Qeyd edək ki, Heydər Əliyev Mükafatı — Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifidir. Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.

Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş qızıldan döş nişanı, diplom və 50 min manat pul mükafatından ibarətdir.


Baxış sayı - 240 | Yüklənmə tarixi: 07.05.2025 20:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930