manera.az
manera.az

Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs Ulu Öndər Heydər Əliyevə həsr edilib

📅 10.05.2025 13:38

Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs Ulu Öndər Heydər Əliyevə həsr edilib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılan Azərbaycan dili tədris ocağında keçirilən növbəti açıq dərs Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

MANERA.AZ xəbər verir ki, açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin və Qazi Universitetinin nümayəndələri, Azərbaycan dili kursunun tələbələri, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin üzvləri, Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Azərbaycan dili kursunun təlimçisi və Qazi Universitetinin doktorantı Şəhla İbişova tədbirdən öncə Ümummilli Lider Heydər Əliyev və proqramın gedişi haqqında tədbir iştirakçılarna məlumat verib.
Daha sonra tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tanıdılması yönündə layihələrdən danışıb, onun Azərbaycanın tarixində oynadığı mühüm rol, Azərbaycanın müstəqilliyinin xilaskarı və Azərbaycançılıq ideologiyasının müəllifi kimi tariximizdə əbədi, silinməz iz qoyduğunu bildirib. O, Türk dünyası arasında həmrəylik, “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və əməkdaşlığını strateji səviyəyə qaldırdığını və əbədi etdiyini söyləyib.

Samir Abbasov çıxışında, Heydər Əliyevin mədəni diplomatiyaya verdiyi əhəmiyyət, onun daim mədəniyyətə yüksk qayğısı haqqında fikirlərini bölüşüb. Daha sonra Türkiyənin Qazi Universitetinin müəllimi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfinin başqanı Dr. Sinan Demirtürk Heydər Əliyevin xarici siyasəti haqqında geniş təqdimatla məruzə edib.

S. Demirtürk, Heydər Əliyevin Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə formalaşdırdığı strateji xarici siyasət konsepsiyasını ətraflı şəkildə izah edib. O, xüsusilə 1990-cı illərdə Əliyevin Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün həyata keçirdiyi diplomatik təşəbbüslərə və dünya liderləri ilə qurduğu möhkəm əlaqələrə diqqət çəkib.

Dr. Sinan Demirtürk Heydər Əliyevin Türkiyə ilə münasibətlərinə xüsusi diqqət ayıraraq, onun iki ölkə arasındakı qardaşlıq bağlarını necə gücləndirdiyini və bu əlaqələrin regional sabitlik baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Açıq dərsdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "İz" adlı sənədli film nümayişi olub. Film Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında unikal məlumatları özündə əks etdirir.

Filmin nümayişindən sonra Azərbaycan dili kursunun tələbələri Azərbaycanın, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin təhsil və mədəniyyət sahəsindəki töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Kursun tələbələrindən Ayşə Şimşək "Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri" mövzusunda çıxış edib, Dilara Dilşah Kaya isə "Heydər Əliyev dövründə media və dövlət-media münasibətlərinin inkişafı" barədə məruzəsi təqdim olunub.






Baxış sayı - 192 | Yüklənmə tarixi: 10.05.2025 13:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031