manera.az
manera.az

Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universiteti arasında əməkdaşlıq genişlənir - foto

Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universiteti arasında əməkdaşlıq genişlənir - foto


Azərbaycan Mədəniyyət Mərkəzi ana dilimizə dair Ankara Universitetinin Azərbaycan dili bölümünə nəşrlər hədiyyə edib və ortaq layihələrə start verilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Universiteti arasında Azərbaycan dilinin tədrisi və təbliği istiqamtində əməkdaşlıq genişlənir.

Manera.az xəbər verir ki, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin "Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölməsi"nin bir qolu olan Azərbaycan dili bölməsi ilə bir sıra layihələrin həyata keçirilməsi, bununla bağlı tədbirlərin, müsabiqələrin, Azərbaycanın klassik irsi, tanınmış şəxsiyyətlərin yubileylərinin keçirilməsi, habelə fakültənin Azərbaycana dair nəşrlərlə təmin olunması müzakirə edilib



Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün rəhbəri professor F.Sema Barutcu Özöndər və bölünün nəzdində fəaliyyət göstərən Azərbaycan dili fakültəsinin müdiri dr. Mehmet Rıza Heyet ilə görüşüb. Görüşdə ortaq layihələr, fakültədə Azərbaycan dilinin tədrisi prosesi, Azərbaycan türkcəsinə maraq və perspektivlər, sözügedən fakültə ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində yaradılmış Azərbaycan dilnini Tədrisi Ocağı arasında əməkdaşlıq və gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan dili fakültəsində tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycan dilinin öyrənilməsi, milli mədəniyyətimiz və tariximizlə bağlı çıxışlar və məruzələr olub, tələbələrin maraq doğurduğu suallar cavablandırılıb. Fakültəyə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanla bağlı kitab kolleksiyası hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, ana dilimizin təbliği ilə bağlı layihələr reallaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031