manera.az
manera.az

Görkəmli alim haqqında kitab nəşr edilib

Görkəmli alim haqqında kitab nəşr edilib
Görkəmli ziyalı, metodist-alim, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, professor Fərhad İslam oğlu Xubanlının anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Fərhad Xubanlı: Pedaqoq və Ziyalı ömrü” kitab nəşr olunub.

MANERA.AZ xəbər verir ki, kitabda keçdiyi həyat yolundan, uzunmüddətli və zəngin pedaqoji fəaliyyətindən söhbət açılır. F.Xubanlının ömür yoluna bələd olan tanınmış şəxsiyyətlər, yaradıcı insanlar, həmkarları, şagirdləri və doğmaları onun insan və yaradıcı kimi malik olduğu keyfiyyətləri oxuculara təqdim edirlər.

Professorlar Rüstəm Rüstəmzadə, Mədəd Çobanov, Loğman Məmmədov, Hacan Hacısoy, Valeh Hacılar, Bədirxan Əhmədli, Telman Quliyev, tanınmış ədəbiyyatşünas, yazıçı və şairlər Sabir Bəşirov, Barat Vüsal, Xanəli Kərimli, Əlabbas, Nurafiz, Rafiq Hümmət, İlqar İlkin və başqaları qələmə aldıqları portret cizgilərində F.Xubanlının zəngin ömür və yaradıcılıq yoluna işıq salınır.

Topluda, eyni zamanda, alimin son illərdə yazdığı məqalələrə də yer verilib.

“Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş toplunu yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və nəşrə hazırlayıb, həm də ön söz yazıb, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları Nurafiz və İlqar İlkindir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031