manera.az
manera.az

Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib

📅 17.04.2025 15:03

Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib
Aprelin 16-da Bakıdakı Atatürk Mərkəzində istedadlı yazar Pünhan Şükürün yeni işıq üzü görmüş “Mənə Şəhrizadın nağılın danış" adlı kitabının təqdimat mərasimi keçirilib.

Qonaqları salamlayan müəllif həmin gün hava şəraitinin əlverişsiz olmasına baxmayaraq tədbirə qatılan ziyalılara, hətta bölgələrdən gələn söz-qələm adamlarına təşəkkürünü bildirib.

MANERA.AZ xəbər veeir ki, tarixçi, toponimist Nazim Vəlişovun aparıcılığı ilə olduqca maraqlı, məzmunlu, yaradıcı keçən tədbirdə çıxış edənlər Pünhan Şükür şəxsiyyətindən, onun həyat və yaradıcılığından söz açıb, müəllifin müxtəlif ədəbi janrlarda (hekayə, pritça, şeir, aforizmlər və s.) qələmə aldığı, seçilmiş əsərlərindən ibarət kitabın məziyyətindən, mahiyyətindən, oxuculara təlqin olunacaq ictimai-publisistik əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, “Şərq – Qərb” nəşriyyatında çap olunmuş kitabın redaktoru Giya Paçxataşvilidir.

Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitab nüsxələri hədiyyə olunub və xatirə şəkilləri çəkilib.








Baxış sayı - 687 | Yüklənmə tarixi: 17.04.2025 15:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930