manera.az
manera.az

Onların təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

📅 15.04.2025 15:51

Onların təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.

Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.


Baxış sayı - 239 | Yüklənmə tarixi: 15.04.2025 15:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930