manera.az
manera.az

Mədinəli meşəsinin xatirəsinə - Ələsgər Əlioğlunun şeiri

📅 07.04.2025 20:36

Mədinəli meşəsinin xatirəsinə - Ələsgər Əlioğlunun şeiri
Ələsgər ƏLİOĞLU

MƏDİNƏLİ MEŞƏSİNİN XATİRƏSİNƏ

(Bu meşəni qırıb yerində pambıq əkmişdilər...)

Yığılıb olub bir dəstə,-
Baltalar dayanıb qəstə...
Bir vaxt bu meşənin üstə,
Kimlər yeriyib, yeriyib?..

Ağaclara düşüb qırğın,
Səsi də batıb torpağın...
Bu meşəni bahar çağı,
Payız bürüyüb, bürüyüb.

Budaqların taxtı çönüb,
Əldə, ayaqda sürünüb..
Bu meşənin ömrü-günü,
Tamam çürüyüb, çürüyüb.

Palıdlar zirvəyə taymış,
Qol-qanadla yarıyarmış.
Bu meşə yaşıl dəryaymış,-
İndi quruyub, quruyub!..

1979


Baxış sayı - 217 | Yüklənmə tarixi: 07.04.2025 20:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930