manera.az
manera.az

Türkiyənin Iğdır kitabxanasına Azərbaycana aid kitablar hədiyyə olunub - FOTO

📅 19.03.2025 08:45




Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

Nəşrlərimiz arasında tariximiz, dövlətçiliyimiz və mədəniyyətimizə aid nəşrlər, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi klassiklərimizin Türkiyə türkcəsinə tərcümə edilmiş əsərləri yer alır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır şəhər Xalq Kitabxanasında İğdır şəhər Valisinin müavini Akın Oruç, şəhər Mədəniyyət və Turizm müdiri Nebi İşık, xalq kitabxanasının müdiri Adem Eşinlə görüşmüşdür.

Görüşdə İğdırda milli mədəniyyətimizin, tariximizin, ortaq dəyərlərimizin təbliği, İğdır şəhər Xalq Kitabxanasında Azərbaycan fondunun yaradılması, hər il keçirilən İğdır kitab Sərgisinə Azərbaycan tərəfinin iştirakı, Azərbaycan klassiklərinə dair təqdimatların təşkili, kitabxananın musiqi şöbəsində Üzeyir Hacıbəyli guşəsinin qurulması, Azərbaycan milli musiqi aləti olan tarın İğdır gözəl sənətlər liseyində tədrisi, aşıq - ozan sənətinə dair ortaq layihənin reallaşdırılması və s. müzakirə edilmiş və bu istiqamətdə birgə iş aparılması razılaşdırılmışdır.

Sonda kitabxananın şöbələri ziyarət olunmuş, müasir oxu zalları, uşaq və gənclər bölümü, habelə kitabxanada xalça toxunmasını öyrədən “Qarabağ kilim” mərkəzi ziyarət olunub və onlar haqqında məlumat verilib.


Türkiyənin Iğdır kitabxanasına Azərbaycana aid kitablar hədiyyə olunub - FOTO


Baxış sayı - 318 | Yüklənmə tarixi: 19.03.2025 08:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031