manera.az
manera.az

Türkiyənin Bahçeşehir Universitetində Tar gecəsi keçirilib - Foto

📅 15.02.2025 07:42

 Türkiyənin Bahçeşehir Universitetində Tar gecəsi keçirilib - Foto

İstanbulun nüfuzlu Bahçeşehir Universitetinin Konservatoriyasında Azərbaycan milli musiqi aləti olan tarın təqdimatı keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi ilə İstanbulun Bahçeşehir Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində universitetdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan tarı üzrə bölmənin yaradılması, ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizə dair araşdırmaların və təbliğatın aparılması, folklorumuzla bağlı animasiya və sənədli filmlərin hazırlanması kimi bir sıra birgə mədəni layihələr həyata keçirilir.

Bu məqsədlə fevral ayının 14-də Bahçeşehir Universitetinin Konservatoriyasında Pera səhnəsində milli musiqi alətimiz olan Tarın təqdimatı keçilirib. Tədbirin girişində tar haqqında məlumat verilib ardından tarda Azərbaycanın görkəmli bəstəkarlarından olan Səid Rüstəmovun "Oxu Tar" əsəri, Türk sənət Musiqisindən Muallim İsmail Hakkının "Fikrimin İnce gülü" və Dünya çapında en ünlü çardaş melodilerinden biri, Vittorio Monti'nin bəstələdiyi 1904 tarixli "Çardaş" əsəri ifa edilib. Əsərlər tarda Türkiyənin Qazi Universitetinin doktorantı, tar ifaçısl Pərviz Musayev, Azərbaycanlı piyanist Təranə Abbaszadənin müşayiəti ilə ifa edilib.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Bahçeşehir Universitetinin Konservatoriyasının müdiri İsmet Aydın arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası müzakirə olunub.

Razılığa əsasən Bahçeşehir Universitetinin Konservatoriyasında Azərbaycan, Türk dünyasının dahi bəstəkarı, dünya musiqisinə misilsiz töhfələr vermiş Üzeyir Hacıbəylinin adının əbədiləşdirilməsi, onun adına auditoriya və guşənin yaradılması, Konservatoriyada Azərbaycan milli musiqi alətlərindən ibarət guşənin yaradılması və Konservatoriyamın kitabxanasına Azərbaycan bəstəkarlarının not əsərıərinin hədiyyə edilməsi razılaşdırılıb.


Məhəmməd,
Manera.az

 Türkiyənin Bahçeşehir Universitetində Tar gecəsi keçirilib - Foto
 Türkiyənin Bahçeşehir Universitetində Tar gecəsi keçirilib - Foto


Baxış sayı - 352 | Yüklənmə tarixi: 15.02.2025 07:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031