manera.az
manera.az

Ankarada "İlin uğurlu xanımları" mükafatı təqdim edilib – Siyahıda Şəhla Aslan da var…

Ankarada "İlin uğurlu xanımları" mükafatı  təqdim edilib – Siyahıda Şəhla Aslan da var…

Ankarada 8 Mart münasibətiylə "İlin uğurlu xanımları" naminasiyası üzrə mükafatlandırma olub.

Tədbir “İç Anadolu Birliği”, “Türk Dünyası Akademisyenler ve Bürokratlar Birliği” ilə “Dünya Muhabirler Birliği Türkiye Başkanlığı”nın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə təhsil və mədəniyyət sahəsində fəaliyyətləri ilə diqqət çəkən, töhfələri ilə təqdir edilən xanımlara mükafatlar təqdim edilib.
Mükafatlandırılan uğurlu adlar arasında Manera.az saytının baş redaktoru, araşdırmaçı jurnalist, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan da yer alıb.

Mükafatlandırma mərasimində çıxış edən Şəhla Aslan, bu mükafatın onun üçün bir sürpriz olduğunu, eyni zamanda böyük bir şərəf və bundan sonrakı fəaliyyəti üçün isə motivasiya qaynağı olacağını bildirib. Şəhla Aslan, "Fəaliyyətimə dəyər verib mükafatlandıran təşkilatlara təşəkkür edirəm. Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi və xalqların iki ölkəni daha yaxından tanıması üçün hər zaman qürurla çalışacağam. Bu mükafat mənim üçün çox dəyərlidir," deyib.

Qeyd edək, Şəhla Aslana bu mükafat onun Azərbaycan-Türkiyə dostluğuna dair həyata keçirdiyi fəaliyyətinə görə təqdim edilib.

Məhəmməd Məmmədli,
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI