manera.az
manera.az

Prof. Dr. Aygün Attar Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü

📅 21.11.2021 14:47

Prof. Dr. Aygün Attar Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü

Ankarada təhsil alan bir qrup azərbaycanlı tələbələr Prof. Dr. Aygün Attarın dəvətiylə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda qonaq olublar

Fondun “Azərbaycan Evi”də baş tutan görüşdə Prof. Dr. Aygün Attar başqanı olduğu Fondun quruluş məqsədi, fəaliyyət istiqamətləri haqqında tələbələrə geniş məlumat verib.

Çıxışının davamında Prof. Dr. Aygün Attar gənclərin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çoxşaxəli inkişaf prosesində daha fəal rol almalarını arzuladığını bildirib və bu sahədə gənclərin önəmli roluna diqqət çəkib.

Sonra söz tələbələrə verilib.

Səmimi şəraitdə keçən görüşdə əksəriyyəti Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdü ilə Türkiyədə təhsil alan magistr, bakalavr və doktorantura tələbələri olan azərbaycanlı gənclər çıxış edərək, dəvət üçün təşəkkürlərini dilə gətirmiş, eyni zamanda gələcəkdə görüləcək işlərə dair öz fikir və təkliflərini irəli sürmüşlər.

Görüşdə birgə diaspor fəaliyyəti məsələsi geniş müzakirə olunmuş, gənclərin bu istiqamətdə əməkdaşlıq təklifləri dinlənilmişdir.

Həmçininin görüşdə Fondun “Azərbaycan Evi” və “Şuşa Konqres Mərkəzi” adlanan binasında vaxtaşırı gənclərin mədəni-kütləvi fəaliyyəti, seminar və məşğələlərin keçirilməsi nəzərdə tutulduğu qeyd olunmuşdur. Fond başqanı bundan sonra həyata keçiriləcək layihələrdə gənclərlə əməkdaşlığa ciddi önəm veriləcəyini bildirmiş, fondun inzibati binasıyla tələbələri yaxından tanış etmişdir.

Sonda xatirə şəkilləri çəkilib.

Şəhla Aslan, Ankara

Prof. Dr. Aygün Attar Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü
Prof. Dr. Aygün Attar Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü


Baxış sayı - 1 349 | Yüklənmə tarixi: 21.11.2021 14:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031