manera.az
manera.az

Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR

📅 21.02.2025 11:00

Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR
Fevralın 20-də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (EIDA) və İraqın Təl-Afər şəhər meriyasının təşkilatçılığı ilə bu şəhərin “Səlam” stadionunda Azərbaycan və İraq türkman ədəbi irsi və yaradıcılıq ənənələrini özündə əks etdirən şeir festivalı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Azərbaycanı təmsil edən şair Kamal Hüseynzadə, tədqiqatçı Natiq Rəhimov, AMEA Ədəbiyyat İnstitutunun mütəxəssisi Orxan İsayev və başqaları, İraqdan olan tanınmış şair Rza Çolaqoğlu, şair və ədəbiyyatşünas Abdullah Salah Kərküklü çıxış ediblər.

Çıxışlardan sonra İraq türkmanları və Azərbaycanın klassik və müasir şairlərinin poeziyasından çoxsaylı nümunələr səsləndiriblər.

Festivalda EIDA-nın təşəbbüsü və təşkilatçılığı ilə nəşr olunmuş Azərbaycan və İraq türkman şairlərinin şeirlərindən ibarət antologiya iştirakçılara paylanılıb.

Qeyd edək ki, artıq bir neçə ildir EIDA-nın həmtəşkilatçılığı ilə İraqda türkman mədəni irsinin qorunmasına yönəlik müxtəlif tədbirlər həyata keçirilir.

Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR
Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR
Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR
Tel-Afərdə azərbaycanlı və türkman şairlərin şeir festivalı - FOTOLAR


Baxış sayı - 300 | Yüklənmə tarixi: 21.02.2025 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031