manera.az
manera.az

Məşhur fransız yazıçı vəfat edib MANERA.AZ

📅 19.01.2016 12:16

Məşhur fransız yazıçı vəfat edib MANERA.AZ
XX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mişel Turnye 92 yaşında vəfat edib.

Bu barədə “Le Monde” qəzeti xəbər verib.

Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.

Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, “Radio France” və “Europe 1”-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.

M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur “Meşə hökmdarı” əsəri isə Qonkur mükafatına layiq görülüb.


Baxış sayı - 1 842 | Yüklənmə tarixi: 19.01.2016 12:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031