manera.az
manera.az

Namiq Dəlidağlının Özbəkistanda şeirlər kitabı çap olundu

📅 16.12.2024 15:15

Namiq Dəlidağlının Özbəkistanda şeirlər kitabı çap olundu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi sükutu" adlı növbəti şeirlər kitabı Özbəkistanda nəşr edilib.

MANERA.AZ xəbər verir ki, qardaş ölkənin “İste'dod Ziya Press” nəşriyyatında 500 nüsxə ilə çap olunan kitabın "Ön söz" müəllifi filologiya üzrə fəlsəfə doktoru Nargizaxon Ortiqova, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Muqimjon Nurboyevdir.

Şeirləri özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü Xusniddin Xaitov uyğunlaşdırıb.

Qeyd edək ki, "Sevgi sükutu" müəllifin sayca dördüncü, ölkədən kənarda isə nəşr edilən ilk şeirlər kitabıdır. N.Dəlidağlı dörd publisistik toplunun da həmmüəllifidir.


Baxış sayı - 406 | Yüklənmə tarixi: 16.12.2024 15:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930