Bakıda Özbəkistanın Xalq şairinin kitabı çap olunub
Bakıda Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyidin kitabı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, kitab Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunub.
Kitabın Ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, layihənin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, layihənin koordinatoru DGTYB başqanı, şair İntiqam Yaşar, özbək türkcəsindən uyğunlaşdıranlar filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azalp, kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, redaktoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalıdır.
Kitabda görkəmli ədibin müxtəlif illərdə qələmə aldığı yaradıcılıq nümunələri yer alıb.