manera.az
manera.az

Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar

Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar
Dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İlyaslı , Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Hüseyn Arifin bənzərsiz poeziyasından danışaraq vurğulayıblar ki, şairin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bildirilib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

Diqqətə çatdırılıb ki, Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1989-cu il ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən çıxışçılar qeyd edib ki, söz sərrafının vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub. Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Gecədə qiraətçilər şairin şeirlərini, tanınmış və gənc ifaçılar isə sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar
Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar
Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar
Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar
Xalq şairi Hüseyn Arifin 100 illiyi qeyd edilib - Fotolar


Baxış sayı - 280 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031