manera.az
manera.az

Məmməd Arazın 90 illiyi qeyd edilib - Fotolar

Məmməd Arazın 90 illiyi qeyd edilib - Fotolar
Dekabrın 1-də Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək şairin xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

MANERA.AZ xəbər verir ki, AYB-nin “Natəvan” klubunda davam edən tədbirdə Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Tədbirin aparıcısı AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid deyib ki, bu gün şairin vəfatından 19 il ötməsinə baxmayaraq onun poeziyasına olan ümumxalq məhəbbəti heç vaxt azalmayıb.

Bildirilib ki, bu il Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər təşkil edilib.

Tədbirdə Əməkdar Artist Ağalar Bayram şairin bir-birindən bənzərsiz şeirlərini səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, AYB-nin “Natəvan” klubu son vaxtlar belə qələbəlik yaşamamışdı. Bu, Məmməd Araz poeziyasına, şəxsiyyətinə olan sonsuz sevgi ilə bağlıdır.

Xalq yazıçısı Anar deyib ki, bu gün də Məmməd Arazın ocağı ədəbiyyat ocağı kimi gurlayır və onun yolunu əzizləri, doğmaları İradə Tuncay və Aqil Abbas uğurla davam etdirirlər.

Tədbirdə çıxış edən digər natiqlər Məmməd Arazın Azərbaycan poeziyasına bəxş etdiyi bənzərsiz poeziya nümunələrindən söhbət açıblar.

Bildirilib ki, Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Vurğulanıb ki, Xalq şairi Məmməd Araz təkrarsız şeirləri, bənzərsiz poeziya nümunələri ilə hər zaman xalqımızın qəlbində yaşayacaq.

Məmməd Arazın 90 illiyi qeyd edilib - Fotolar
Məmməd Arazın 90 illiyi qeyd edilib - Fotolar
Məmməd Arazın 90 illiyi qeyd edilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30