manera.az
manera.az

Şah İsmayılın fərmanı Bakıda - 500 yaşlı sənədin MƏTNİ

Şah İsmayılın fərmanı Bakıda - 500 yaşlı sənədin MƏTNİ
Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, Fərman bu il İngiltərənin “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib.

Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan bu sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

Şah İsmayıl Xətainin sözügedən fərmanının mətnini təqdim edirik:

“O, pak Allahdır.

Mehriban və bağışlayan allahın adı ilə

[Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl Şahimərdanın [Əlinin] quludur. 908

Hökm Allahındır.

Qalibliyin atası İsmayıl

Bahadur

Sözümüz

Bu vaxt qərar buyurduq ki, hökmdarlıq məkanı Təbrizdə yerləşən və ardıcıl olaraq seyidlik və dinin cəlalı, abalığın panəhı, səadətin kəsəri, qardaşlıq məhəbbəti bəslədiyim Seyid Süleyman Mirzənin sərəncamında olmuş Xanəhməd bağını həmin qayda ilə ona aid bilsinlər və onun vəkillərinin sərəncamına versinlər. Ayrı bir adam oraya dəxalət etməsin. Qeyd olunan hökmdarlıq məkanının darğası, kələntərləri və divan işlərinə baxan rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər. Hakimiyyətin pənahı, hamının atalığı, dövlət və iqbalın münsifi alicənab Hüseyn bəy Lələ sərəncam verdiyi təqdirdə bu işə heç bir adama qarışmaq fürsəti verməsinlər. Buyuruqdan kənara çıxmasınlar və özlərini vəzifədar bilsinlər.

Yüksək qeyd. Yazıldı 914-cü il səfər ayının 15-də”.

Şah İsmayılın fərmanı Bakıda - 500 yaşlı sənədin MƏTNİ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930