manera.az
manera.az

İlin ən bahalı rəsm əsərləri - Siyahı

📅 23.12.2022 10:36

İlin ən bahalı rəsm əsərləri - Siyahı
Cari ildə “Christie's”, “Sotheby's” və “Phillips” hərrac evləri tərəfindən satılan incəsənət əsərlərinin ümumi dəyəri demək olar ki, 18 milyard dollara çatıb. Bu da incəsənət sahəsi üçün rekord göstəricidir.

MANERA.AZ xarici KİV-ə istinadla xəbər verir ki, satışların statistikası üzrə ən bahalı rəsm əsərlərinin siyahısı açıqlanıb.

Reytinqdə birinci yeri amerikalı rəssam Endi Uorholun ən məşhur əsərlərindən biri olan Merilin Monroya həsr olunmuş “Shot Sage Blue Marilyn” portreti qazanıb. Rekord satış məbləği 195 milyon dollar olan portret ən bahalı sənət əsəri kimi siyahıda yer alıb.

İkinci yerdə Corc Seuratın “The Models” rəsm əsəri durur. Cari ilin noyabrında “Christie's” hərracında fransız rəssamın əsəri 149 milyon dollara satılıb.

Üçüncü yerdə isə fransız postimpressionist Pol Sezannın “Seint-Viktuar dağı” rəsmi qərarlaşıb. Bu rəsm əsəri üçün 138 milyon dollar ödənilib.


Baxış sayı - 649 | Yüklənmə tarixi: 23.12.2022 10:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031