manera.az
manera.az

Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq

Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də 19:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdiriləcək.

Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.


Baxış sayı - 1 290 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031