manera.az
manera.az

Ankara küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib

Ankara küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib.

Manera.az-ın xəbərinə görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklif edilib.

Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib.

Şəhla Aslan,
Ankara

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031