manera.az
manera.az

Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb

📅 12.07.2024 19:51

Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb
Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən “WideScreen Film & Music Video” festivalında “Fəxri Ad” mükafatına layiq görülüb.

MANERA.AZ xəbər verir ki, festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Festivalda “İkinci Ömür” tammetrajlı bədii filmin ssenarisi də “Fəxri Ad” mükafatına layiq görülüb.

Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.


Baxış sayı - 220 | Yüklənmə tarixi: 12.07.2024 19:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031