manera.az
manera.az

Tarixin ən yaxşı 10 albomu

📅 24.05.2024 07:50

Tarixin ən yaxşı 10 albomu
"Apple Music" tarixin ən yaxşı 10 musiqi albomunun reytinqini dərc edib.

MANERA.AZ xəbər verir ki, siyahıda birinci yerdə Loren Hillin "The Miseducation of Lauryn Hill" albomu qərarlaşıb.

Ekspertlər hesab ediblər ki, onun müasir musiqiçilərə böyük təsiri olub.

İkinci yerdə Maykl Ceksonun 1982-ci ildə buraxılmış "Triller", üçüncü yerdə isə "Bitlz" qrupunun "Abbey Road" albomu qərarlaşıb. Dördüncü və beşinci yerləri isə "Prince & The Revolution"nın "Purple Rain" və Frank Ouşenin "Blonde" albomları tutub.

Altıncı yerdə Stiv Uonder və onun "Songs in the Key of Life" albomu, yeddinci yerdə reper Kendrik Lamarın "Good kid, m.A.A.d city" albomu gəlir.

Reytinqdə qalan üç yeri Emi Uaynhauzun "Back to Black", "Nirvana" qrupunun "Nevermind" və Beyonsun "Lemonade" albomları tutub.


Baxış sayı - 507 | Yüklənmə tarixi: 24.05.2024 07:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930