Avropanın məşhur 10 turzim şəhəri - SİYAHI
“Statista” agentliyi Beynəlxalq Turizm Günü ilə əlaqədar turistlərin getməyə ən çox üstünlük verdiyi 10 Avropa şəhərinin reytinqini tərtib edib.
MANERA.AZ xəbər verir ki, bu il siyahıya Paris (19.4 milyon turist) başçılıq edir. Turistlərin bu şəhərdə ən çox baş çəkdikləri yerlər əlbəttə ki, Eyfel qülləsi, Notr-Dam kilsəsi və Luvr muzeyidir.
İkinci yerdə London şəhəridir (16.1 milyon turist). Şəhərin qonaqlarını cəlb edən təkcə Tauer və Biq Ben deyil, həm də meqapolisin gecə həyatıdır.
Qardaş ölkənin mədəniyyət şəhəri olan İstanbul siyahıda üçüncü yerdədir (16 milyon turist). Mədəniyyətlərin və adət-ənənələrin vəhdəti bu şəhərə xüsusi ecazkarlıq bəxş edir, ona görə də, buraya axın edən turistlərin sayı hər zaman çoxdur.
Reytinqin dördüncüsü Barselonadır (9.8 milyon turist). Valensiya şəhəri beşinci yerdə qərarlaşıb. Bu şəhəri 8,6 milyona yaxın turist ziyarət edib. TOP-10 siyahısının altıncısı Budapeştdir. Buraya 6,9 milyon turist səfər edib. Reytinqin yeddincisi 6 milyon turist sayı ilə Madrid, səkkizincisi isə Afinadır (5.5 milyon turist). Doqquzuncu şəhər 5.4 milyon turist sayı ilə Lissabondur. Siyahıya yekun vuran Amsterdam şəhəridir. Buranı 5 milyon qonaq ziyarət edib.