manera.az
manera.az

Dünyanın ən kiçik şəhəri - MANERA.AZ

📅 08.12.2015 12:20

Dünyanın ən kiçik şəhəri  - MANERA.AZ

Dünyanın ən kiçik şəhərləri siyahısında birinci yeri ABŞ-ın Buford şəhərciyi tutur. Burada cəmi bir nəfər yaşayır. Həmin şəxs eyni zamanda şəhərin meri vəzifəsini icra edir.

MANERA.AZ-ın xarici saytlara istinadən verdiyi məlumata görə, əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri siyahıda ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdə qərarlaşıb. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəridir. Bu şəhərdə nisbətən çox adam - 390 nəfər yaşayır.

Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıyaalmaya görə, burada 992 nəfər qeydə alınıb.

Halbuki 1956-cı ildə bu şəhərdə 2008 nəfər yaşayıb.


Baxış sayı - 1 805 | Yüklənmə tarixi: 08.12.2015 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031