manera.az
manera.az

Bu iki teatrda maaşlar 50 faiz artırıldı

📅 21.05.2024 12:30

Bu iki teatrda maaşlar 50 faiz artırıldı
“Milli” statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.

Hər iki teatra “milli” statusunun verilməsi “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”na uyğun qərara alınıb.

Teatrlara “milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Bununla bərabər, status alan teatrların adına “milli” sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək.

Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib./report.az/


Baxış sayı - 359 | Yüklənmə tarixi: 21.05.2024 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031