manera.az
manera.az

Məktəblilər tanınmış uşaq yazıçısı ilə görüşüblər - Fotolar

📅 21.04.2024 15:04

Məktəblilər tanınmış uşaq yazıçısı ilə görüşüblər - Fotolar
Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb-şagird üçbucağı” layihəsi çərçivəsində tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevlə görüş keçirilib.

AMEA “Elm” Nəşriyyatından MANERA.AZ-a bildirilib ki, görüşdə məktəbin 1 a sinfinin rəhbəri Könül Həsənova uşaqlara yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verib. Sonra yazıçı ilə şagirdlər arasında nağıl, uşaq tamaşaları və cizgi filmləri haqqında maraqlı söhbətlər aparılıb.

Tədbirin bədii hissəsində uşaqlar müəllifin eyniadlı pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilmiş “Qarınqulu ayı balası” tamaşasından maraqlı videogörüntüləri izləyiblər.

Daha sonra məktəbin direktoru Ruslan Ağamalıyev görüşün əhəmiyyətindən danışıb və yazıçıya məktəbin adından təşəkkürnamə təqdim edib.

Sonda müəllif “Saçları səməni oğlan” adlı kitabını uşaqlara hədiyyə edib.

Məktəblilər tanınmış uşaq yazıçısı ilə görüşüblər - Fotolar
Məktəblilər tanınmış uşaq yazıçısı ilə görüşüblər - Fotolar


Baxış sayı - 406 | Yüklənmə tarixi: 21.04.2024 15:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31