manera.az
manera.az

Balaca oxucularla görüş - Fotolar

📅 22.11.2022 18:24

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Kitabxananın Uşaq şöbəsində gənc şair Əyyub Türkayla görüş keçirilib.
Balaca oxucularla görüş - Fotolar
MANERA.AZ xəbər verir ki, görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər, körpələr evi-uşaq bağçalarının fidanları iştirak ediblər.

Uşaq şairi Əyyub Türkay görüş zamanı yeni çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa edib. Səmimi keçən görüşdə uşaqlar şeir və musiqi proqramı ilə çıxış ediblər.

Daha sonra görüşdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Yazıçılar Birlliyi Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaf etdirilməsindən danışıb, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Balaca oxucularla görüş - Fotolar
Balaca oxucularla görüş - Fotolar
Balaca oxucularla görüş - Fotolar
Balaca oxucularla görüş - Fotolar
Balaca oxucularla görüş - Fotolar
Balaca oxucularla görüş - Fotolar


Baxış sayı - 574 | Yüklənmə tarixi: 22.11.2022 18:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930