manera.az
manera.az

Mədəniyyət İdarəsinə yeni rəis təyin olundu

📅 06.04.2024 18:41

Mədəniyyət İdarəsinə yeni rəis təyin olundu
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

MANERA.AZ xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən həmin vəzifəyə Nail Surxay oğlu Məmmədov təyin olunub.

N.Məmmədov bundan əvvəl Gəncə şəhər Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri çalışıb.

Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əvvəlki rəisi Nurəddin Mehdiyev olub. Onun işində olan nöqsanlara görə işindən azad olunduğu bildirilir.


Baxış sayı - 489 | Yüklənmə tarixi: 06.04.2024 18:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031