manera.az
manera.az

Qəbul imtahanlarının tarixləri dəyişdirildi

📅 28.02.2024 07:11

Qəbul imtahanlarının tarixləri dəyişdirildi
Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən MANERA.AZ-a verilən xəbərə görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.

2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.


Baxış sayı - 296 | Yüklənmə tarixi: 28.02.2024 07:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930