Gəncədə "Türk dünyası" təhsil sərgisi keçirildi - Fotolar
Gəncədə "Türk dünyası" adlı təhsil sərgisi keçirilib.
MANERA.AZ xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan və Şimal Kipr Türk Cümhuriyyətinin ali məktəbləri, həmçinin təhsil agentlikləri iştirak edib.
Tədbirin sonunda sərgiyə qatılan elm ocaqlarının nümayəndələri mükafatlandırılıb.
Qeyd edək ki, sərginin məqsədi türk dövlətlərində fəaliyyət göstərən təhsil ocaqlarının əlaqələrinin inkişafı və tələbələrin xarici universitetlərdə təhsil almalarına köməklik göstərməsidir.
Oxşar tədbirin gələcəkdə digər türk dövlətlərində də keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə 15 ali məktəbin iştirak etdiyi tədbirə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop da qatılıb. /report.az/