manera.az
manera.az

TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - Fotolar

TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - Fotolar
İyunun 22-də Azərbaycan Yazıçılar Birliyində (AYB) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən bir sıra ədiblərə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafatların təqdimetmə mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, mərasim çərçivəsində festivalın təşkilində köməklik göstərən ASAN könüllülərə sertifikatlar paylanılıb.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil etdiyi qurumun yaranması barədə ASAN könüllülərə məlumat verib. Festivala türk dünyasının tanınmış yazıçılarının qatıldığını deyib. Xəyal Rza bildirib ki, növbəti dəfə festivalın Türkiyədə keçirilməsi planlaşdırılır. Sonradan bu layihə bütün türk dövlətlərini dolaşıb yenidən Azərbaycana qayıdacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar festivalın türk dünyasında ən mühüm tədbirlərdən biri olduğunu söyləyib. Sonra AYB-nin adından birliyin mətbuat xidmətinin rəhbəri, I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçısı, şair Xəyal Rzaya türk dünyası ədəbiyyatları arasında əlaqələrin təşkilində xidmətlərinə görə “Bəxtiyar Vahabzadə” diplomunu təqdim edib.

Tədbir çərçivəsində festivalın açılış və bağlanış mərasimlərində iştirak edə bilməyən bir sıra ziyalılara mükafatlar təqdim olunub.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Rəşad Məcid TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif” medalı, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli, yazıçı Yunus Oğuz “Çingiz Aytmatov” medalı ilə təltif olunublar.

Həmçinin “Aşıq Pəri Məclisi”nin sədri Pərvanə Zəngəzurlu və şair Ramil Əhməd “Aşıq Veysəl” medalı ilə təltif ediliblər.

Asəf Zeynallı adına musiqi kolleci və Bakı Xoreoqrafiya Akademiyasının könüllüləri festivalda fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - Fotolar
TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - Fotolar
TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - Fotolar
TÜRKSOY tərəfindən bir qrup ədibimiz mükafatlandırılıb - FotolarıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031