manera.az
manera.az

Türk dünyası alimləri Bakıya toplaşır

Türk dünyası alimləri Bakıya toplaşır
Oktaybrın 7-10 tarixlərində Azərbaycan Texniki Universitetində Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçiriləcək.

Manera.az xəbər verir ki, tədbirə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri, millət vəkilləri qatılacaqlar.

Bu barədə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib. Sədr bildirib ki, UNESCO-nun Türkiyə Milli Komitəsinin də qatıldığı 3 günlük simpoziumda Türkiyənin Qazi Univesriteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edəcək. A.Aşırlı vurğulayıb ki, simpoziumun açılış tədbiri oktyabrın 8-də saat 11-də Azərbaycan Texniki Universitetinin akt zalında olacaq:

“Simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var: “Elmi tədbirdə Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində çalışan 18 alimin məruzəsi dinləniləcək. Ümumilikdə konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930