manera.az
manera.az

Kukla Teatrında yeni premyera olub - Fotolar

Kukla Teatrında yeni premyera olub - Fotolar
Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Min bir gecə” nağıllar toplusunda böyük maraqla oxunan “Ələddinin sehrli çırağı” eyniadlı tamaşanın
premyerası olub.


MANERA.AZ xəbər verir ki, səhnə əsərində rolları Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov və Elnur Xəlilov canlandırıblar.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.

Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən sözügedən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.

Əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə nağılın sonunda qələbə qazanır.

Kukla Teatrında yeni premyera olub - Fotolar
Kukla Teatrında yeni premyera olub - Fotolar
Kukla Teatrında yeni premyera olub - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829