manera.az
manera.az

Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR

Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR

MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konfrans Mərkəzində təşkil edilib.

Əvvəl şəhidlərin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR

Mərasimdə 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film və bu qanlı hadisədən sonra Türkiyənin İğdır vilayətində keçirilən Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış ediblər.

Çıxışçılar Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü naminə uzun müddət mübarizə apardığını və bu müqəddəs amal uğrunda mübarizədə minlərlə Vətən övladının canlarından keçdiyini bildiriblər.

Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağını qeyd edən natiqlər 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğunu söyləyiblər.

Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinin əsasını qoyub.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb.

Anım mərasimində Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, orada yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan hərbçilərimiz iştirak ediblər.
Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728