manera.az
manera.az

Bakıda universitet şəhərciyi salınacaq

📅 08.01.2024 11:23

Bakıda universitet şəhərciyi salınacaq
Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq.

MANERA.AZ xəbər verir ki bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.

Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək.

Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.


Baxış sayı - 277 | Yüklənmə tarixi: 08.01.2024 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031