manera.az
manera.az

Professor Aygün Attara iki mükafat təqdim ediləcək

📅 06.01.2024 20:00

Professor Aygün Attara iki mükafat təqdim ediləcək

Türkiyədə yaşayan azərbaycanlı alim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara iki mükafat təqdim ediləcək.

Manera.az xəbər verir ki, İstanbul Elit DÜNYA “Güclü Qadınlar, Güclü Sabahlar” mövzusu ilə yanvarın 9-da keçiriləcək.

Tədbirdə öz sahələrində uğur hekayələri yazan qadınlar iştirak edəcək. Mərasimdə çox əhəmiyyətli şəxslərdən ibarət münsiflər heyəti tərəfindən verilən mükafatlar təqdim olunacaq.

Bu il Elite Wold Taksim Otelində keçiriləcək tədbirdə “Türk Dünyası Mükafatı” kateqoriyasında professor Aygün Attara mükafatın təqdim edilməsi qərara alınıb.

Professor Attar, “Beynəlxalq Sülh və Akademiya” mükafatına da layiq görülüb.

Beynəlxalq Diplomatik Assosiasiyanın DMW mükafatlandırma mərasimi mart ayında Frankfurtda baş tutacaq.

Professor Aygün Attara iki mükafat təqdim ediləcək


Baxış sayı - 404 | Yüklənmə tarixi: 06.01.2024 20:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930