manera.az
manera.az

Şəhla Aslan Türkiyədə mükafat aldı - Foto

Şəhla Aslan Türkiyədə mükafat aldı - Foto
Türkiyənin Ankara şəhərində "Medya Basın Federasyonu" tərəfindən təşkil edilən Media Mükafatları sahiblərinə təqdim olunub.

Manera.az xəbər verir ki, Federasiya siyasətçilərin, millət vəkillərinin, televiziya və sənət aləminin, iş adamlarının,media nümayəndələrinin və qeyri-hökumət təşkilatları əməkdaşlarının iştirak etdiyi mükafatlandırma mərasimində fəaliyyəti ilə uğur qazanan bir qrup insanları mükafatlandırıb.

Mərasimdə Azərbaycandan araşdırmaçı jurnalist, Türkiyənin Qazi universitetinin doktorantı Şəhla Aslan təhsil sahəsində yazdığı yazıları və təqdim etdiyi müsahibələrinə görə “İlin jurnalisti” mükafatına layiq görülüb.

Mükafat mərasimində Şəhla Aslan federasiyasının İdarə Heyətinə təşəkkür edib: - Məni bu mükafatına layiq görən münsiflər heyətinə və bu möhtəşəm tədbirə görə Federasiyasının prezidenti hörmətli İbrahim Yamana təşəkkür edirəm!.

"Türkiyə mənim üçün sadəcə bir dövlət deyil; Azərbaycan və Bakı mənim üçün nədirsə, Türkiyə və Ankara da odur. Azərbaycanın və Türk Dünyasının işıqlı gələcəyi üçün görüləcək daha çox işlər var. Bu yolda mən də əlimdən gələni heç bir zaman əsirgəməyəcəyəm. Allah millətimizə, dövlətimizə, birliyimizə, həmrəyliyimizə xələl gətirməsin”- deyə Ş. Aslan sözlərinə əlavə edib.

Şəhla Aslan Türkiyədə mükafat aldı - Foto






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30