manera.az
manera.az

Türkiyədə film festivalı keçiriləcək

📅 18.08.2018 10:06

Türkiyədə film festivalı keçiriləcək
Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək

Dekabrın 14-16-da Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi, “Balkon Film” prodüser mərkəzinin təşkilatçılığı vә Türkiyə Prezidenti Aparatının himayəsi altında keçirilәcәk.

Festivalda Türkiyә ilә yanaşı Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş və digər ölkələrin filmləri iştirak edəcək.

Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.

“Dostluq” beynəlxalq qısametrajlı film festivalında qalib olacaq filmlәrin rejissoruna 40, ikinciyə 20, üçüncüyə isə 12 min lirə pul mükafat veriləcək.

Müsabiqə çərçivəsində ayrıca bir qısa filmə 15 min lirə dəyərində “Fəthi Gemuhluoğlu dostluq mükafatı” verilərkən, 3 ekran əsəri isə 5 min lirə dəyərində mükafatlandırılacaq.

Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.


Baxış sayı - 1 575 | Yüklənmə tarixi: 18.08.2018 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031