Magistraturaya yeni modelə uyğun sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
Bu barədə MANERA.AZ-a DİM-dən məlumat verilib.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 25 dekabr saat 14:30-dan 2024-cü il 7 yanvar saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir.
Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).