manera.az
manera.az

Magistraturaya ərizə qəbulu davam edir

Magistraturaya ərizə qəbulu davam edir
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ərizə qəbulu davam edir.

Bu barədə MANERA.AZ-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu mayın 15-dən başlayıb və 25 may saat 23:59-dək davam edəcək.

23 may saat 09:00-a olan məlumata əsasən qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 9019 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 8292; rus bölməsi - 727).

2023-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da //eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

İmtahan 2023-cü il iyunun 11-də keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930