manera.az
manera.az

32 nəfər xaricdə doktorantura təhsili alacaq

📅 23.12.2023 09:26

32 nəfər xaricdə doktorantura təhsili alacaq
2023-cü il ərzində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd Dövlət Proqramına qəbul olub.

Qeyd edək ki, hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin müvafiq reytinq cədvəlləri üzrə ilk 500-də yer alan ali təhsil müəssisələrində 260 nəfər Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır.

Tələbələr ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti ilə bağlı bilik əldə edirlər.


Baxış sayı - 250 | Yüklənmə tarixi: 23.12.2023 09:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031