manera.az
manera.az

Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazanıb

Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazanıb
Azərbaycan Dövlət Pantomim Teatrı Beynəlxalq Festivalda mükafat qazanıb.

MANERA.AZ xəbər verir ki, 2023-cü il 7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Aytmatov və teatr" Vl Beynəlxalq Teatr Festivalı baş tutub.

Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.

Müxtəlif ölklərdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.
Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazanıb
Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31