manera.az
manera.az

Şəkidə ADA Universitetinin fakültəsi açıldı

📅 01.12.2023 12:27

Şəkidə ADA Universitetinin fakültəsi açıldı
Noyabrın 27-də Şəki şəhərində ADA Universitetinin Dizayn və memarlıq fakültəsi açılıb.

MANERA.AZ xəbər verir ki, layihə İtaliyanın Politexnik Universiteti ilə birlikdə həyata keçirilir.

Fakültə Şəki şəhərinin qədim hissəsində, Yuxarı Baş Dövlət Qoruğu ərazisində yerləşən və 1920-ci ildən etibarən uşaq evi kimi fəaliyyət göstərmiş tarixi binada yerləşəcək.

Binanın həyətində yeni tədris fakültəsinin açılması ilə bağlı keçirilən təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı şəhərinin baş memarı Akif Abdullayev, Milli Məclis üzvləri Cavanşir Feyziyev və Vüqar İsgəndərov, alimlər və ziyalılar iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev, Universitetin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, elm və təhsil naziri E.Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, İtaliyanın Politexnik Universitetinin professorları və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, ADA Universitetinin fakültəsinin Şəki şəhərində açılması şəhərin elmi-mədəni mühitinin canlanması üçün növbəti təkan olacaq.

Şəkidə ADA Universitetinin fakültəsi açıldı
Şəkidə ADA Universitetinin fakültəsi açıldı


Baxış sayı - 815 | Yüklənmə tarixi: 01.12.2023 12:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031