manera.az
manera.az

Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır

📅 22.11.2023 07:49

Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq.

MANERA.AZ xəbər verir ki, bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.

Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən sərgidə bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli kadr sayının artırılması zərurətindən yaranıb.

O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafına 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə yaradılmış İtaliya-Azərbaycan Dizayn Mərkəzi təkan olub.


Baxış sayı - 485 | Yüklənmə tarixi: 22.11.2023 07:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930