manera.az
manera.az

Bərdə Peşə Liseyinin açılışı olub - Fotolar

Bərdə Peşə Liseyinin açılışı olub - Fotolar
Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyevə məlumat verilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, hər biri 192 yerlik olan 2 yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib.

Bildirilib ki, 2021-2022-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparan 6 peşə təhsil müəssisəsindən biri də Bərdə Peşə Liseyidir. Ümumilikdə 4 regionda həyata keçirilən sözügedən təhsil səviyyəsinə qəbul Bərdə Peşə Liseyində nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), binaların tikintisi və istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, baytarlıq və heyvandarlıq işi, həmçinin mühasibat uçotu ixtisasları üzrə aparılıb. Yeni tədris ilindən başlayaraq tədris yenilənmiş kurikulumlar əsasında həyata keçirilir. Tələbələrin liseydə ödənişsiz əsaslarla təhsil alaraq dövlət təqaüdü almaq imkanları var.

Heyvandarlıq, bitkiçilik, aqroservis və avtomobil təmiri istiqaməti üzrə ixtisaslaşan Bərdə Peşə Liseyinə yeni tədris ilindən etibarən elan olunan 600 yer üzrə 533 nəfər tələbənin qəbulu həyata keçirilib. 2021-2022-ci tədris ilində 1150 yerlik liseydə avtomobil təmiri çilingəri, geniş-profilli traktorçu maşinist, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi və kompüter operatoru ixtisaslarının tədrisi aparılmaqdadır.

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

Bərdə Peşə Liseyinin açılışı olub - Fotolar
Bərdə Peşə Liseyinin açılışı olub - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031